...

PKK terrorçuları 2015-ci ildə qaçırılan 13 Türkiyə vətəndaşını qətlə yetirib

Dünya xəbərləri Materials 14 Fevral 2021 18:23 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı "Pençe Kartal-2" əməliyyat zamanı 2015-ci ildə terrorçular tərəfindən qaçırılan 13 Türkiyə vətəndaşının cəsədi tapılıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi Hulusi Akar bildirib.

Nazir bildirib: "Şiddətli döyüşlər nəticəsində nəzarətə alınan terrorçuların sığınacağında əvvəllər qaçırılmış 13 Türkiyə vətəndaşının cəsədi tapılıb:

"İlkin istintaq zamanı məlum olub ki, günahsız və silahsız mülki şəxslərdən biri çiynindən, digər 12 nəfər başından vurularaq qətlə yetirilib. Beləliklə, biz yenidən PKK-nın məkrli və qaniçən üzünü gördük".

H.Akar əlavə edib ki, Türkiyə vətəndaşlarının qətlində iştirak edən bütün terrorçular məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti