...

"Geely" 18 mindən çox avtomobili geri çağırır

Dünya xəbərləri Materials 16 Fevral 2021 20:39 (UTC +04:00)
"Geely" 18 mindən çox avtomobili geri çağırır

Bakı. Orxan Nəbiyev - Trend:

Çinin "Geely Motors" şirkəti Rusiyada 18 mindən çox avtomobili geri çağırır.

Trend-in məlumatına görə, qərar şaxtalı havada yanacaq dəstəyinin zədələnməsi ehtimalı ilə əlaqədardır.

Bu nasazlıq nəticəsində avtomobildə yanğın baş verə bilər.

Geri çağırılma 2018-ci ildən etibarən istehsal olunan "Atlas" modellərinə şamil edilir.

Avtomobillərdə zəruri təmir işləri ödənişsiz həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti