...

Avropa Dərmanlar Agentliyi "Janssen" şirkətinin peyvəndinin qeydiyyata alınması üçün müraciət alıb

Dünya xəbərləri Materials 16 Fevral 2021 23:04 (UTC +04:00)
Avropa Dərmanlar Agentliyi "Janssen" şirkətinin peyvəndinin qeydiyyata alınması üçün müraciət alıb

Bakı. Trend:

Avropa Dərmanlar Agentliyi (EMA) "Janssen" şirkətinin istehsalı olan koronavirusa qarşı peyvənd üçün müvəqqəti qeydiyyat icazəsinin alınması ilə bağlı müraciət alıb.

Trend-in məlumatına görə, bu barədə Agentliyin açıqlamasında bildirilib.

Qeyd olunub ki, EMA-nın İnsan üçün Dərmanlar Komitəsi peyvəndin sürətlənmiş qrafiklə qiymətləndirilməsini həyata keçirəcək:

"Peyvəndin effektivliyi, təhlükəsizliyi və keyfiyyəti barədə şirkət tərəfindən vərilən məlumatlarının etibarlı olarsa və tam şəkildə təqdim edilərsə, komitə rəyini martın ortalarına qədər verə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti