...

"Bitcoin"in qiyməti 56 min dolları keçib

Dünya xəbərləri Materials 20 Fevral 2021 03:31 (UTC +04:00)
"Bitcoin"in qiyməti 56 min dolları keçib

Bakı. Trend:

"Bitcoin"in qiyməti ticarət sessiyası zamanı 8,86 faiz bahalaşaraq 56,175 min dollara yüksəlib.

Trend-in məlumatına görə, bu barədə CoinDesk portalı xəbər verib.

Beləliklə, kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib.

Saat 01:33 üçün "Bitcoin"in qiyməti 8,56 faizə qədər bahalaşaraq 56,018 min dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti