...

ABŞ sakini telefon zəngi sayəsində iki milyon dollar udub

Dünya xəbərləri Materials 14 Mart 2021 08:56 (UTC +04:00)
ABŞ sakini telefon zəngi sayəsində iki milyon dollar udub

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ-ın Missuri ştatının sakini telefon zəngi sayəsində lotereyada iki milyon dollar udub.

Trend-in Lenta.ru-ya istinadən verdiyi məlumata görə, Foristell şəhərindən olan Rudi Mendes avtomobilini sürərkən mobil telefonuna zəng gəlib. Telefonla danışmaq üçün yanacaqdoldurma məntəqəsində dayanan Mendes eyni zamanda mağazaya girib lotereya bileti almağa qərar verib.

İlk biletdə az miqdarda uduş qazanan sakin mağazaya qayıdıb daha bir bilet alıb. İkinci bilet ona əsas mükafat - iki milyon dollar qazandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti