...

Səudiyyə Ərəbistanında neft emalı zavoduna dronlarla hücum olub

Dünya xəbərləri Materials 19 Mart 2021 18:16 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda "Saudi Aramco" şirkətinin neft emalı zavodu dronlar tərəfindən hücuma məruz qalıb.

Trend-in məlumatına görə, Səudiyyə Ərəbistanı hökuməti faktı təsdiq edib.

Qeyd olunur ki, hadisə nəticəsində ölən və ya yaralanan olub. Zərbələrdən sonra zavodda yanğın başlayıb.

Hücumun neft məhsullarının tədarükünə ziyan vurmayacağı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti