...

Dünyada ötən sutka koronavirusa 612 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünya xəbərləri Materials 28 Mart 2021 01:48 (UTC +04:00)
Dünyada ötən sutka koronavirusa 612 mindən çox yoluxma qeydə alınıb - ÜST

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 612 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 612 369 nəfər yeni koronavirusa yoluxub, 10 590 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 125 781 957, ölənlərin isə 2 759 432 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti