...

Almaniya Beyrutdakı limanın bərpası üzrə plan təqdim edəcək

Dünya xəbərləri Materials 2 Aprel 2021 03:44 (UTC +04:00)

Bakı. Trend:

Almaniya aprelin 7-də Livan hakimiyyətinə partlayışdan sonra Beyrutdakı limanın və dağılan ətraf bölgələrin yenidən qurulması planını təqdim etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi diplomatik mənbələrə istinadən bildirib.

Məlumata əsasən, gələn həftə Berlin yalnız limanın özünün yenidən qurulmasını deyil, həm də yaxınlığında 100 hektardan çox ərazinin bərpasını nəzərdə tutan təklifi təqdim edəcək.

Bundan əlavə, sənəddə Avropa İnvestisiya Bankının (AİB) ərazinin təmizlənməsi və obyektlərin yenidən qurulmasının maliyyələşdirilməsinə kömək üçün razılığı da göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti