...

Nigeriyada 1 500 məhbus həbsxanadan qaçıb

Dünya xəbərləri Materials 5 Aprel 2021 12:33 (UTC +04:00)
Nigeriyada 1 500 məhbus həbsxanadan qaçıb

Bakı. Orxan Nəbiyev - Trend:

Nigeriyanın cənubundakı İmo ştatında bir qrup silahlı şəxs həbsxanaya hücum edib.

Trend-in məumatına görə, hadisə nəticəsində 1 500-ə yaxın məhbus həbsxanadan qaçıb. Azı bir polis əməkdaşının həlak olduğu deyilir.

Qeyd olunur ki, silahlılar həbsxana ərazisinə orduya məxsus nömrə nişanları olan avtomobillərdə yaxınlaşıb.

Hazırda bölgəyə əlavə qüvvələr yeridilib. Qaçan məhbusların axtarışları aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti