...

ABŞ-da atışma baş verib, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 9 Aprel 2021 02:45 (UTC +04:00)
ABŞ-da atışma baş verib, ölən və yaralananlar var

Bakı. Trend:

ABŞ-ın Brayan şəhərində (Texas ştatı) atışma baş verib.

Trend-in "CBS" teleşirkətinə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 1 nəfər ölüb, azı 4 nəfər isə yaralanıb. Yaralananlar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağırdır.

Bildirilir ki, atışmanın səbəbi məlum deyil, atəş açan şəxs polislər tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti