...

Beyrut dəniz limanının yenidən qurulması layihəsinin dəyəri 5 milyard dollar təşkil edəcək

Dünya xəbərləri Materials 10 Aprel 2021 06:18 (UTC +04:00)

Bakı. Trend:

Alman şirkətləri tərəfindən təqdim olunan Beyrut dəniz limanının yenidən qurulması layihəsinin həyata keçirilməsi 5 milyard dollara başa gələcək və əlavə 50 min iş yerin açılmasına imkan verəcək.

Trend-in məlumatəna görə, bu barədə "Es-Sahm" qəzetinə Livanın Nəqliyyat və İctimai işlər nazirinin vəzifəsini icra edən Mişel Nacar bildirib.

Onun sözlərinə görə, plana əsasən, yük dövriyyəsini artırmaq üçün yalnız liman infrastrukturunun modernləşdirilməsini deyil, həm də dəniz limanının şərqdə Burc-Hammud sahillərinə doğru genişləndirilməsi nəzərdə tutulur:

"Liman dəmir yolu xətləriylə şimalında və cənubunda yerləşən sənaye obyektləri ilə birləşdiriləcəkdir".

Nazir qeyd edib ki, layihənin gəlirliyi 2,5 milyard dollar olaraq qiymətləndirilir, bu vəsait Beyrutun zərər çəkmiş yaşayış sahələrinin bərpasına qoyula bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti