...

İsraildə aktiv koronavirus xəstələrinin sayı 1 810 nəfərə düşüb

Dünya xəbərləri Materials 25 Aprel 2021 09:33 (UTC +04:00)
İsraildə aktiv koronavirus xəstələrinin sayı 1 810 nəfərə düşüb

Bakı. Trend:

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 79 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 837 971 nəfərə, ölənlərin sayı isə 6 350 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 829 811 nəfəri sağalıb, aktiv koronavirus xəstələrinin sayı 1 810 nəfərə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti