...

Rusiyada 4 xəstəliyi birdən müəyyən edən test istehsalı başlayıb

Dünya xəbərləri Materials 27 Aprel 2021 16:26 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın "Biopalitra" şirkəti 4 xəstəliyi müəyyən edə bilən test sistemlərinin istehsalına başlayıb.

Trend-in məlumatına görə, "Multiskrin" testləri HIV infeksiyası, B və C hepatiti və sifilisi müəyyən edəcək.

Qeyd olunur ki, həmin testin nəticələri 2 saat ərzində məlum olur. Bu, hər bir xəstəlik üçün mövcud olan testlərdən 3 dəfə daha tezdir.

Sankt-Peterburqda yerləşən müəssisənin ilkin istehsal gücü ildə 5,7 milyon testdən çox olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti