...

Rusiyada heyvanlar üçün koronavirus vaksini qeydiyyata alınıb

Dünya xəbərləri Materials 30 Aprel 2021 11:58 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın "Heyvanların Sağlamlığının Mühafizəsi Federal Mərkəzi" heyvanlar üçün koronavirusa qarşı vaksin istehsal edib.

Trend-in məlumatına görə, ilk vaksin partiyası 17 min doza təşkil edib.

Qeyd olunur ki, "Karnivak-Kov" vaksini ilkin olaraq ayda 3 milon doza həcmində buraxılacaq.

Vaksin ev heyvanları və digər heyvanlar üçün profilaltika xarakter daşıyır.

Bu, dünyada heyvanlar üçün qeydiyyata alınan ilk koronavirus vaksinidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti