...

Rusiyadan Finlandiyaya gedən gəmidə 11 nəfərdə koronavirus aşkarlanıb

Dünya xəbərləri Materials 3 May 2021 17:48 (UTC +04:00)
Rusiyadan Finlandiyaya gedən gəmidə 11 nəfərdə koronavirus aşkarlanıb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Sankt-Peterburq şəhərindən Finlandiyanın paytaxtı Helsinki limanına gələn konteyner gəmisində 11 nəfərdə koronavirus aşkar edilib.

Trend-in məlumatına görə, virusa yoluxan şəxslər gəmidə karantinə alınıb.

Heyət üzvlərindən bir nəfəri Helsinkidə xəstəxanaya yerləşdirilib. Digərlərinin vəziyyətinin yaxşı olduğu deyilir.

Ümumilikdə, "Valencia Express" gəmisində 24 heyət üzvü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti