...

Çində məktəblilərə bıçaqla hücum edilib - Yaralılar var

Dünya xəbərləri Materials 28 May 2021 14:33 (UTC +04:00)
Çində məktəblilərə bıçaqla hücum edilib - Yaralılar var

Bakı. Orxan Nəbiyev - Trend:

Çinin Çençjou şəhərində bıçaqla silahlanmış şəxs yeraltı keçiddə bir qrup məktəbliyə hücum edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 5 uşaq xəsarət alıb. Onların xəsarətlərinin ağır olduğu deyilir.

Qeyd olunur ki, hücum edən şəxs polis tərəfindən saxlanılıb. Onun psixi problemlərinin olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti