Mayamidə atışma nəticəsində iki nəfər ölüb

Dünya xəbərləri Materials 30 May 2021 18:03 (UTC +04:00)

Bakı.Trend:

ABŞ-ın Mayami ştatında üç nəfər naməlum şəxslərin kütləyə açdığı atəş nəticəsində azı 2 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Trend-in "TASS" a istinadən verdiyi məlumata görə bu barədə ABC kanalı polisə istinadən bildirib.

Məlumata görə,naməlum şəxslər tərəfindən atəş açıldığı zaman insanlar küçədə, konsertin keçirilməsi üçün ayrılmış yerin yanında toplaşıblar.Bütün xəsarət alanlar yaxındakı xəstəxanalara çatdırılıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti