...

Rusiyada yanacaqdoldurma məntəqəsində güclü yanğın olub (VİDEO)

Dünya xəbərləri Materials 14 İyun 2021 17:32 (UTC +04:00)
Rusiyada yanacaqdoldurma məntəqəsində güclü yanğın olub (VİDEO)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində güclü yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 16 nəfər xəsarət alıb.

Yanğının qarşısının alınması üçün hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib.

Qeyd olunur ki, məntəqədə yanğın başladıqdan sonra yanacaq çənlərində partlayışlar qeydə alınıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti