...

İsrail polisi ilə toqquşmalarda 300-yə yaxın fələstinli yaralanıb

Dünya xəbərləri Materials 3 İyul 2021 06:28 (UTC +04:00)
İsrail polisi ilə toqquşmalarda 300-yə yaxın fələstinli yaralanıb

Bakı. Trend:

İordan çayının Qərb Sahilində İsrail sərhəd polisi ilə qarşıdurmada ən azı 294 fələstinli yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti xəbər verib.

Qeyd olunub ki, bu gün Nablus vilayətinin Beyta və Osarin yaşayış məntəqələrində Cəmiyyətin briqadalarının üzərində çalışdıqları yaralananların ümumi sayı 294-ə çatıb.

Bildirilib ki, 84 nəfər rezin güllələrlə açılan atəş nəticəsində yaralanıb, daha üç nəfər - döyüş patronlarla açılan atəşdən, 189 ərəb gözyaşardıcı qazdan yaralanıb və 18 fələstinli yanığ xəsarətlər alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti