Bakı. Trend:
Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 27 334 yoluxma halı qeydə alınıb.
Trend-in "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 4 930 534 nəfərə çatıb.
Bildirilir ki, ötən sutkada koronavirusdan daha 9 nəfər, hazırkı dövrədək isə 128 231 nəfər vəfat edib.