Bakı. Orxan Nəbiyev - Trend:
Bolqarıstanda elektrik avtomobillərinin istehsalı üzrə zavod inşa olunacaq.
Trend-in məlumatına görə, bu barədə Bolqarıstanın iqtisadiyyat naziri deyib.
Qeyd olunub ki, zavodun tikintisi ilə bağlı Almaniyanın "Next eGO" şirkəti ilə müqavilə imzalanıb.
Bolqarıstanda elektromobillərin istehsalının 2023-cü ildə başlaması planlaşdırılır. Zavod ildə 30 minədək avtomobil istehsal edəcək.
Avtomobillərin baza qiymətinin 20 min avro olacağı nəzərdə tutulur. Avtomobilin elektrik enerjisi ilə yürüş məsafəsi 200 kilometr təşkil edəcək.