...

ABŞ-ın Suriyadakı bazası raket hücumuna məruz qalıb

Dünya xəbərləri Materials 11 İyul 2021 17:37 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Suriyadakı hərbi bazası son 24 saat ərzində ikinci dəfə naməlum şəxslər tərəfindən raket hücumuna məruz qalıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hücumun hədəfi Suriyanın Deyr-əz-Zor vilayətindəki Konoko neft-qaz yatağı yaxınlığında yerləşən ABŞ bazası olub.

Bildirilir ki, raket hücumu nəticəsində hərbi bazaya maddi ziyan dəyib. Ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti