Bakı. Trend:
Tayvan adası sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Hualan şəhərindən 9,3 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.