...

İsraildə karantin qaydalarına və maska rejiminə nəzarət gücləndirilib

Dünya xəbərləri Materials 14 İyul 2021 11:31 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

İsrail hökuməti ölkədə karantin qaydalarına əməl olunmasına nəzarət tədbirlərini gücləndirib.

Trend-in məlumatına görə, verilən qərara əsasən, ölkə ərazisində özünütəcrid rejimində olanlara , eləcə də qapalı məkanlarda maska taxmaq tələbinə nəzarət sərtləşdirilib.

Qeyd edək ki, İsraildə iyunun 15-də ləğv olunmuş maska rejimi 10 gün sonra, iyunun 25-də yenidən bərpa edilib.

Qapalı məkanda maska taxmamağın cəriməsi 150 dollardan çox təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti