...

"Taliban" Əfqanıstan hökumətinə üç aylıq atəşkəs təklif edib

Dünya xəbərləri Materials 15 İyul 2021 13:14 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

"Taliban" hərəkatı Əfqanıstan hökumətinə müraciət edərək üç ay müddətində atəşkəs təklif edib.

Trend-in məlumatına görə, bunu Əfqanıstan hökumətinin "Taliban"la danışıqlar üzrə nümayəndə heyətinin üzvü Nader Naderi deyib.

Qeyd olunub ki, təşkilat atəşkəsi 7 min silahlının həbsdən azad edilməsi müqabilində təklif edir.

Bu gün Qətərin paytaxtı Dohada rəsmi Kabillə "Taliban" arasında danışıqların növbəti mərhələsi nəzərdə tutulub. Tərəflər arasında danışıqlar ötən ilin sentyabrından davam etdirilir.

Xəbər lenti

Xəbər lenti