...

Əbu-Dabidə komendant saatı tətbiq olunur

Dünya xəbərləri Materials 16 İyul 2021 13:22 (UTC +04:00)
Əbu-Dabidə komendant saatı tətbiq olunur

Bakı. Orxan Nəbiyev - Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyində koronavirusun yeni ştammları ilə əlaqədar məhdudiyyətlər və komendant saatı tətbiq edilir.

Trend-in məlumatına görə, bölgədə komendant saatı iyulun 19-dan qüvvəyə minəcək.

Qeyd olunur ki, həmin müddət ərzində saat 00:00-dan 05:00-dək əmirlik ərazisində sakinlərin və nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

BƏƏ Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkə əhalisinin 85 faizi koronavirusa qarşı peyvəndin azı bir dozasını qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti