...

Braziliyada koronavirusdan ölənlərin sayı 540 mini keçib

Dünya xəbərləri Materials 17 İyul 2021 06:29 (UTC +04:00)
Braziliyada koronavirusdan ölənlərin sayı 540 mini keçib

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 45 591 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 19 308 109 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 456 nəfər ölüb, ölənlərin ümumi sayı 540 398 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti