...

Rusiyada uşaq düşərgəsində koronavirusa yoluxma faktı aşkarlanıb

Dünya xəbərləri Materials 3 Avqust 2021 16:40 (UTC +04:00)
Rusiyada uşaq düşərgəsində koronavirusa yoluxma faktı aşkarlanıb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Başqırdıstan respublikasında uşaq istirahət düşərgəsində 11 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə Başqırdıstan prokurorluğu bildirib.

Qeyd olunur ki, düşərgə ərazisində 6 uşaqda və 5 əməkdaşda COVID-19 virusu aşkar edilib.

Düşərgədə olan 158 uşaq və 43 işçi təcrid edilib.

Hazırda yoluxma faktları ilə bağlı prokurorluqda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti