...

Türkiyədə 154 meşə yanğınından 146-sı söndürülüb

Dünya xəbərləri Materials 3 Avqust 2021 19:23 (UTC +04:00)
Türkiyədə 154 meşə yanğınından 146-sı söndürülüb

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyədə tüğyan edən 154 meşə yanğınından 146-nın qarşısı alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Meşə Təsərrüfatı Baş İdarəsi bildirib.

Qeyd olunur ki, hazırda 3 vilayət ərazisində 8 yanğınla mübarizə davam etdirilir. Yanğınlar Antalya, İsparta və Muğla vilayətlərindədir.

Yanğınlarla mübarizəyə 16 təyyarə, 9 PUA, 45 helikopter və 5 200-ə yaxın yanğınsöndürən cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti