...

Rusiyada qəzaya uğramış helikopter 110 metr dərinlikdə tapılıb

Dünya xəbərləri Materials 13 Avqust 2021 11:07 (UTC +04:00)
Rusiyada qəzaya uğramış helikopter 110 metr dərinlikdə tapılıb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Kamçatka yarımadasında ötən gün qəzaya uğramış helikopter 110 metr dərinlikdə aşkar edilib.

Trend-in məlumatına görə, helikopterin quyruq hissəsinin qırıldığı, qalan korpsunun tam vəziyyətdə qaldığı bildirilib.

Hazırda helikiopterin suyun altından çıxarılması üçün hazırlıqlar aparılır.

Xatırladaq ki, ötən gün səhər saatlarında Kamçatkanın Kronotsk qoruğu ərazisində turistlərin olduğu helikopter qəzaya uğramışdı.

Qəza nəticəsində 8 nəfər ölüb. Helikopterdə 13 sərnişin və 3 heyət üzvü olub

Xəbər lenti

Xəbər lenti