...

Kabil beynəlxalq hava limanında bütün uçuşlar dayandırılıb

Dünya xəbərləri Materials 23 Avqust 2021 16:19 (UTC +04:00)
Kabil beynəlxalq hava limanında bütün uçuşlar dayandırılıb

Bakı. Orxan Nəbiyev - Trend:

Əfqanıstanın paytaxtı Kabilin hava limanında bütün aviareyslər dayandırılıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi bildirib.

Qeyd olunur ki, növbəti göstərişlər verilənədək Həmid Karzay beynəlxalq hava limanında uçuşlar keçirilmyəcək.

Eyni zamanda, ABŞ ötən gün Əfqanıstandan 10 400 nəfərin təxliyə olunduğunu elan edib.

Ümumilikdə, avqustun 14-dən etibarən ABŞ ordusunun köməyi ilə 37 min insan Əfqanıstanı tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti