Bakı. Orxan Nəbiyev - Trend:
Rusiyanın paytaxtı Moskvanın qərbində 17 mərtəbəli biznes mərkəzindən yanğınla əlaqədar 10 minə yaxın şəxs təxliyə olunub.
Trend-in məlumatına görə, yanğın binanın yeraltı parkinq məntəqəsində başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğının qarşısı alınıb.
İnsident nəticəsində xəsarət alanların olmadığı deyilir.