...

Finlandiya koronavirusla bağlı bəzi ölkələrə qarşı məhdudiyyətləri qaldırır

Dünya xəbərləri Materials 1 Sentyabr 2021 10:23 (UTC +04:00)
Finlandiya koronavirusla bağlı bəzi ölkələrə qarşı məhdudiyyətləri qaldırır

Bakı. Trend:

Finlandiya hökuməti bu gündən "aşağı riskli" ölkələrdən və bölgələrdən gələnlərdən mənfi koronavirus test nəticələrini və ya "COVID-19" əleyhinə peyvənd sertifikatını tələb etməyəcək.

Trend-in məlumatına görə, "aşağı riskli" ölkələr siyahısına Çin, Tayvan, Malta, Macarıstan, Yeni Zelandiya, Polşa, Vatikan, həmçinin Norveç və İsveçdəki bəzi bələdiyyələr daxildir.

Digər ölkə və bölgələrdən Finlandiyaya gələn ziyarətçilərdən son altı ay ərzində koronavirusdan sağalmanı təsdiq edən sənəd, tam peyvənd kursunun sübutu və ya gəlməmişdən əvvəl edilən "COVID-19" testinin mənfi nəticələrini təqdim etmələri tələb olunacaq.

Yeni fərman 15 oktyabr 2021-ci ilədək qüvvədə qalacaq. Hökumət bildirib ki, ölkələrin və ərazilərin siyahısı və ümumi epidemioloji vəziyyət hər iki həftədən bir nəzərdən keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti