...

Əfqanıstanda yeni nazirlər təyin olunub

Dünya xəbərləri Materials 1 Sentyabr 2021 14:47 (UTC +04:00)
Əfqanıstanda yeni nazirlər təyin olunub

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

Əfqanıstanda "Taliban" hərəkatının siyasi bölməsinin rəhbəri Əbdül Qani Bəradər yeni xarici işlər naziri təyin edilib.

Trend-in məlumatına görə, bu barədə Əfqanıstan mətbuatı bildirir.

Bundan başqa, hərəkatın birinci lideri Molla Ömərin oğlu Molla Yaqubun müdafiə naziri, Xəlifə Haqqaninin isə daxili işlər naziri vəzifəsinə təyin olunacağı məlumat verilib.

Xatırladaq ki, "Taliban" avqustun 15-dən etibarən paytaxt Kabil üzərində nəzarəti ələ keçirdiyini bildirib. Prezident Əşrəf Qani istefa verərək ölkəni tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti