...

Qırğızıstanda yeni müdafiə naziri təyin olunub

Dünya xəbərləri Materials 6 Sentyabr 2021 17:03 (UTC +04:00)
Qırğızıstanda yeni müdafiə naziri təyin olunub

Bakı. Orxan Nəbiyev - Trend:

Qırğızıstan prezidenti Sadır Japarov müdafiə naziri Taalaybek Omuraliyevi vəzifəsindən azad edib.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti müvafiq fərman imzalayıb.

T.Omuraliyevin başqa vəzifəyə keçməsi ilə əlaqədar azad edildiyi bildirilib. Eyni zamanda Baktıbek Bekbolotov ölkənin yeni müdafiə naziri təyin olunub.

Qeyd edək Taalaybek Omuraliyev bu ilin mayında Qırğızıstan müdafiə naziri təyin olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti