...

Fransa polisi 650 kq kokain ələ keçirib

Dünya xəbərləri Materials 7 Sentyabr 2021 07:45 (UTC +04:00)
Fransa polisi 650 kq kokain ələ keçirib

Bakı. Trend:

Fransa polisi Martinikada 650 kq kokain ələ keçirib, yeddi nəfər saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə BFMTV televiziya kanalı xəbər verib.

Məlumata əsasən, yük Venesueladan balıqçı qayığında adaya gətirilib. Adada cinayətkarları şərikləri gözləyirdi. Onlar həmin yükü furqona daşıyıblar.

Hüquq-mühafizə işçiləri yükün gəlməyini əvvəlcədən bilirdilər. Bu da onlara qayığı izləməyə və cinayətkarları saxlamağa imkan verib. Onlardan üçünün maşında, qalanlarının isə qayıqda saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti