...

Monrealda silahlı şəxs 3 nəfəri bıçaqlayıb

Dünya xəbərləri Materials 13 Sentyabr 2021 07:10 (UTC +04:00)
Monrealda silahlı şəxs 3 nəfəri bıçaqlayıb

Bakı. Trend:

Kanadanın Monreal şəhərinin rayonlarından birində silahlı şəxs 3 nəfər bıçaqlayıb.

Trend-in "CTV" telekanalına istinadən verdiyi məlumata görə, yaralananların ikisinin qadın, birinin isə kişi olduğu deyilir. Onlar xəstəxanaya yerləşdiriliblər.

Bildirilir ki, polislə silahlı şəxsi saxlayıblar, amma onun kimliyi açıqlanmır.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti