...

Litvada peyvənd olunmayanlara qarşı məhdudiyyətlər sərtləşdirilib

Dünya xəbərləri Materials 13 Sentyabr 2021 12:01 (UTC +04:00)
Litvada peyvənd olunmayanlara qarşı məhdudiyyətlər sərtləşdirilib

Bakı. Orxan Nəbiyev - Trend:

Litva hökuməti bu gündən etibarən koronavirusa qarşı peyvənd olunmayanlar üçün sərt məhdudiyyətlər tətbiq etməyə başlayıb.

Trend-in məlumatına görə, peyvənd pasportuna malik olmayan şəxslərin iri ticarət mərkəzlərinə, eləcə də qeyri-ərzaq mağazalarına daxil olmaları qadağan olunur.

Eyni zamanda, vaksin olunmayan şəxslərə bir sıra xidmətlərin göstərilməsi, ictimai iaşə obyektlərinə, kütləvi tədbirlərə girişi qadağan olunacaq.

Bununla yanaşı, yeni qərara əsasən, işəgötürən iş yerində hamının vaksin pasportuna malik olmasını lazım bildikdə, peyvənd olunmayanlar işdən azad edilə bilər.

Litva hökuməti əvvəlcə peyvənd olunmayanların ictimai nəqliyyatdan istifadəsini qadağan etməyi planlaşdırsa da, bu qərar qəbul edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti