...

Nigeriyada 200-dən çox məhbus həbsxanadan qaçıb

Dünya xəbərləri Materials 13 Sentyabr 2021 16:15 (UTC +04:00)
Nigeriyada 200-dən çox məhbus həbsxanadan qaçıb

Bakı. Orxan Nəbiyev - Trend:

Nigeriyanın şimalındakı Koqi ştatında həbsxanaya silahlı hücum baş verib.

Trend-in məlumatına görə, hücum zamanı 240 məhbus həbsxanadan qaçıb.

Qeyd olunur ki, həbsxanada 294 məhbus olub. Hazırda qaçan məhbusların axtarışı ilə bağlı əməliyyat aparlır.

Araşdırma davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti