...

CAR-ın Yohannesburq şəhərinin yeni seçilmiş meri yol qəzasında ölüb

Dünya xəbərləri Materials 19 Sentyabr 2021 04:36 (UTC +04:00)
CAR-ın Yohannesburq şəhərinin yeni seçilmiş meri yol qəzasında ölüb

Bakı. Trend:

Bu yaxınlarda Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərinin meri seçilən siyasətçi Jolidi Matonqo yol qəzası nəticəsində ölüb.

Trend-in məlumatına görə, bu barədə "news24" yerli portalı xəbər verib.

Məlumata əsasən, qəza sentyabrın 18-də şəhər başçısının Yohanesburq ətrafında yerləşən Soueto şəhərində Afrika Milli Konqresi partiyasının seçki kampaniyasında iştirak etməsindən sonra baş verib.

Orada o, Cənubi Afrika Respublikası Prezidenti Siril Ramafosanı müşayiət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti