...

Çində qayıq batıb, beş nəfər itkin düşüb

Dünya xəbərləri Materials 25 Sentyabr 2021 16:01 (UTC +04:00)
Çində qayıq batıb, beş nəfər itkin düşüb

Bakı. Orxan Nəbiyev - Trend:

Çinin cənub-qərbindəki Yunnan əyalətində, Tszinşa çayında qayıq batıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 5 nəfər itkin düşüb.

Qeyd olunur ki, qəza zamanı qayıqda 6 nəfər olub. Bir nəfər üzərək sahilə çıxa bilib.

Hazırda itkin düşənlərin axtarışları aparılır. Axtarışlarda 4 kater və 200-dən çox şəxs iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti