...

Bir həftə ərzində dünyada COVID-19-a yoluxma halları 10% azalıb

Dünya xəbərləri Materials 29 Sentyabr 2021 02:14 (UTC +04:00)

Bakı. Trend:

Son bir həftə ərzində dünyada 3,3 milyondan çox insan koronavirusa yoluxub, 55 mindən çox insan ölüb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbər verib.

Məlumata əsasən, yeddi gün ərzində yeni yoluxmaların və ölümlərin sayı 10% azalıb:

"COVID-19-dan yoluxma və ölüm hadisələrinin sayı bir həftə ərzində azalmağa davam etdi: 20-26 sentyabr tarixlərində 3,3 milyondan çox yoluxma və 55 mindən çox ölüm halı barədə məlumatlar gəlib".

Yoluxma və ölümlərin sayı əvvəlki həftəyə nisbətən 10% azaldığı vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti