...

Kabildə törədilən partlayışda 8 nəfər həlak olub

Dünya xəbərləri Materials 3 Oktyabr 2021 17:06 (UTC +04:00)
Kabildə törədilən partlayışda 8 nəfər həlak olub

Bakı. Trend:

Kabildə İdgah adlanan məscidi yaxınlığında güclü partlayış nəticəsində ən azı 8 nəfər ölüb, 20 nəfər yaralanıb.

Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə Taliban nümayndəsi Zabihullah Mücahidin anasının yas mərasiminin keçirildiyi zaman törədilib. Hücumun hədəfləri Taliban liderləri və Əfqanıstanın müvəqqəti Nazirlər kabinetinə təyin edilən məmurlar, xüsusən də Müdafiə nazirliyinin nümayəndələri olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti