...

ABŞ-da COVID-19 ilə bağlı sürətli test növü hazırlanıb

Dünya xəbərləri Materials 4 Oktyabr 2021 07:57 (UTC +04:00)
ABŞ-da COVID-19 ilə bağlı sürətli test növü hazırlanıb

Bakı. Trend:

ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri beş dəqiqədə nəticəni göstərən COVID-19 ilə test hazırlayıblar.

Trend-in məlumatına görə, bu barədə universitetin saytında məlumat yayılıb.

Qeyd olunub ki, testin "qızıl standartı" olan PCR testi xeyli vaxt və laborator güc tələb edir:

"Şimal-Qərb Universiteti laboratoriyasında hazırlanan antigenə əsaslanan COVID-19-un yeni aşkarlanma metodu beş dəqiqə və ya daha az müddətdə 100 faiz nəticə göstərib".

Universitetin veb saytında bildirilib ki, yaxmadan götürülən ekpress-testdə koronavirusun bir neçə səthi zülalını aşkar etmək üçün nanomekanik platformadan istifadə edilir. Platformanın həssaslığı müxtəlif SARS-CoV-2 variantlarını aşkar etməyə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti