...

Küveyt təyyarəsi bomba xəbərdarlığına görə Türkiyədə təcili eniş edib

Dünya xəbərləri Materials 7 Oktyabr 2021 13:51 (UTC +04:00)
Küveyt təyyarəsi bomba xəbərdarlığına görə Türkiyədə təcili eniş edib

Bakı. Orxan Nəbiyev - Trend:

Küveytin "Jazeera Airways" aviaşirkətinə məxsus təyyarə Türkiyənin bomba xəbərdarlığı ilə əlaqədar Trabzon şəhərinin hava limanında təcili eniş edib.

Trend-in məlumatına görə, hava limanına çoxlu sayda polis qüvvələri cəlb olunub. Aeroport müvəqqəti olaraq bağlanıb.

Qeyd olunur ki, sərnişinlər təyyarədən tək-tək yoxlanaraq buraxılıb. Partlayıcı maddə mütəxəssisləri təyyarədə axtarış aparıb.

İlkin məlumatlara əsasən, təyyarədə partlayıcı maddə aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti