Bakı. Orxan Nəbiyev - Trend:
Əfqanıstanın şimalındakı Kunduz əyalətində məsciddə partlayış törədilib.
Trend-in məlumatına görə, hadisə nəticəsində 100 nəfər həlak olub.
Partlayış məscidin içərisində intiharçı terrorçu tərəfindən törədilib.
Hadisəni İŞİD terror qruplaşmasının qollarından birinin həyata keçirdiyi ehtimal edilir.