...

Türkiyədə şagirdləri aparan avtobus aşıb - Ölənlər var (FOTO)

Dünya xəbərləri Materials 11 Oktyabr 2021 12:42 (UTC +04:00)
Türkiyədə şagirdləri aparan avtobus aşıb - Ölənlər var (FOTO)

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin Afyonkarahisar vilayətində ibtidai sinif şagirdlərini aparan avtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, avtobusun aşması nəticəsində 5 nəfər, o cümlədən dörd şagird həlak olub.

Sürücü ilə yanaşı daha bir şagird xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti