Bakı. Orxan Nəbiyev - Trend:
Livanın paytaxtı Beyrutda etiraz aksiyasının iştirakçılarına atəş açılıb, 6 nəfər həlak olub.
Trend-in məlumatına görə, Beyrutun mərkəzi hissəsində, Ədliyyə sarayının qarşısında keçirilən aksiya zamanı snayper kütləyə atəş açıb.
Nəticədə daha 60-a yaxın şəxs xəsarət alıb.
Etirazçılar ötən ilin avqustunda Beyrut limanında baş vermiş partlayışın araşdırılması ilə bağlı komissiyaya rəhbərlik edən hakimin dəyişdirilməsini tələb edir.
Qeyd olunur ki, paytaxtda etirazlar davam edir, hadisə yerinə hərbçilər cəlb edilib.