...

Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 17 Oktyabr 2021 08:35 (UTC +04:00)
Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı artıb

Bakı. Trend:

Hindistanın Kerala ştatında güclü musson yağışlarının səbəb olduğu torpaq sürüşməsi, su basma və çökmə nəticəsində ölənlərin sayı 18-ə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə Hindustan "Times" qəzeti xəbər verib.

Məlumata əsasən, onlarla insan itkin düşmüş hesab olunur.

Daha əvvəl NDTV kanalı 5 nəfərin ölməsi barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti