...

Vaşinqtonda Əmək Nazirliyinin binasında partlayış təhlükəsi səbəbilə küçələr bağlanıb

Dünya xəbərləri Materials 20 Oktyabr 2021 03:24 (UTC +04:00)
Vaşinqtonda Əmək Nazirliyinin binasında partlayış təhlükəsi səbəbilə küçələr bağlanıb

Bakı. Trend:

ABŞ-ın paytaxtı Vaşinqtonda polislər Əmək Nazirliyinin binasında partlayış təhlükəsi səbəbilə bir neçə küçəni bağlayıblar.

Trend-in məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində "Axios" portalının müxbiri Endryu Solender yazıb.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına "Əmək Nazirliyində partlayış təhlükəsi" ilə əlaqədar yolların bağlanması barədə bildirişlər göndərilib.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti